Azərbaycanda işləmək üçün ötən ay 1175 əcnəbi müraciət edib

Azərbaycanda işləmək üçün ötən ay 1175 əcnəbi müraciət edib

Cari ilin may ayı ərzində işəgötürənlərin vəsatəti əsasında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması (uzadılması) ilə bağIı 1175 müraciət daxil
olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Qeyd edək ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycana daimi yaşamaq üçün 773 nəfər gəlib.

"Cebheinfo.az"