Belarus ordusunun döyüş hazırlığı yoxlanılır
Belarus ordusunda silahların, xüsusi təyinatlı qüvvələrin və vasitələrin döyüş hazırlığının, döyüş qabiliyyətinin hərtərəfli yoxlanışları həyata keçirilir.
Cebhe.info xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bu gün Ali Baş Komandanın (Belarus Prezidenti Aleksandr Lukaşenkonun) göstərişi ilə Silahlı Qüvvələrin döyüş hazırlığına nəzarətin növbəti mərhələsinə start verilib.
ümumi nəzarəti isə Belarus Təhlükəsizlik Şurasının Dövlət Katibliyi həyata keçirəcək.
Nəzarətin Minsk və Vitebsk vilayətlərində ümumi istifadədə olan avtomobil yolları ilə hərbi texnikanın və qoşunları hərəkətini əhatə edəcəyi gözlənilir.
Həmçinin, quru qoşunlarına dəstək vermək üçün fəaliyyətdə təyyarələrin də iştirak edəcəyi gözlənilir.
Nigar Hacılı
Cebhe.info