Bir qrup yüksək rütbəli hərbçi istintaqa cəlb olundu

Bir qrup yüksək rütbəli hərbçi istintaqa cəlb olundu

Cənubi Koreyada prezidentlik vəzifəsindən uzaqlaşdırılan Yoon Suk Yeolun 3 dekabr 2024-cü ildə uğursuz hərbi vəziyyət elan etməsində əli olmaqda günahlandırılan 17-si general olmaqla 30 yüksək rütbəli hərbçi barəsində istintaq başladıldığı bildirilib.

“Cebheinfo.az” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, ana müxalifətdəki Demokratik Partiyasından (DP) olan millət vəkili Ahn Gyu-back, Yoonun qısamüddətli hərbi vəziyyət elan etməsi ilə bağlı indiyədək 17 general və 13 zabitin istintaqa cəlb olunduğunu açıqlayıb.

İstintaqa cəlb olunanların 7-si general, 10-u briqada generalı, 9-u polkovnik, 3-ü polkovnik-leytenant və biri də mayordur.

Komandirlər hərbi vəziyyət elan etmək cəhdində iştirakda, siyasətçiləri həbs etmək üçün qoşun səfərbər etməkdə və hərbi vəziyyət zamanı seçki komissiyalarının serverlərini ələ keçirməyi planlaşdırmaqda ittiham olunurlar.

Nigar Hacılı 
"Cebheinfo.az"