Bloomberg: Maskı DOGE-də OMB rəhbəri əvəz edə bilər

ABŞ-nin Hökumətin Effektivliyi Departamentinin (DOGE) yeni rəhbəri Ağ Evin Menecment və Büdcə Ofisinin (OMB) direktoru, Respublikaçıların “Layihə 2025” manifestinin həmmüəllifi Rassel Vout ola bilər.
Bu barədə “Bloomberg” agentliyi Ağ Evin adı açıqlanmayan rəsmilərinə istinadən məlumat yayıb.
Onların məlumatına görə, Vout Mask olmadan da DOGE-nin effektiv işini davam etdirmək üçün kifayət qədər bacarıqlıdır.
Qeyd edək ki, Vout uzun müddətdir Donald Trampın tərəfdarıdır. O, ilk dəfə 2019-cu il yanvarın 2-də Amerika liderinin ilk prezidentliyi dövründə OMB direktoru vəzifəsini icra edib. O, 900 səhifəlik “Layihə 2025” manifestinin həmmüəllifi kimi daha çox tanınıb. Sənəddə ABŞ federal hökumətində respublikaçılar komandasının dərin dövlətin kökünü kəsmək niyyətində olduğu islahatların aparılmasına dair təkliflər təqdim olunur.
Xatırladaq ki, aprelin 21-də “The Washington Post” qəzeti DOGE-ni kurasiya edən milyarder İlon Maskın solçu siyasi qüvvələrin hücumlarından yorulduğuna görə ABŞ administrasiyasından ayrılmaq planları haqqında məlumat yayıb. Qurum tərəfindən görülən tədbirlər minlərlə əməkdaşın işdən çıxarılmasına və bir çox maliyyə yardımı proqramlarının dayandırılması ilə nəticələnib.
"Cebheinfo.az"