BMT Somaliyə qarşı silah embarqosunu ləğv etdi

BMT Somaliyə  qarşı silah embarqosunu ləğv etdi

BMT Təhlükəsizlik Şurası yekdilliklə Somaliyə silah embarqosunun dayandırılmasına razılıq verib.

Cebhe.info xəbər verir ki, BMT TŞ-nin 15 üzvü, o cümlədən Rusiya Böyük Britaniyanın dəstəklədiyi qətnamənin lehinə səs verib.

Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Anna Yevstiqneyeva səsvermənin yekunlarına dair məlumat verib: 

"Biz bu ölkəyə qarşı silah embarqosunun ləğvini alqışlayırıq. Rusiya daim milli təhlükəsizlik institutlarının inkişafına mane olan Afrika ölkələrinə qarşı müvəqqəti sanksiyalara yenidən baxılmasının tərəfdarı olub. Ümid edirik ki, bu tədbirin dövlətin güclənməsi prosesində illərdir yaşanan çətinliklərin aradan qaldırılmasında əhəmiyyətli dəstək olacaq".

Xatırladaq ki, 1992-ci ildə BMT daxili münaqişələr səbəbindən Somaliyə silah və hərbi texnikanın satışına embarqo qoymuşdu.

Nigar Hacılı 
Cebhe.info