BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri seçilib

BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri seçilib

BMT Təhlükəsizlik Şurasının 2024-2025-ci illər üçün yeni qeyri-daimi üzvləri seçilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, bunlar Əlcəzair, Qayana, Cənubi Koreya, Syerra-Leone və Sloveniyadır.

Yeni qeyri-daimi üzvlər 193 üzvdən ibarət BMT Baş Assambleyasında keçirilən seçki yolu ilə müəyyənləşib.

Əlcəzair 184, Qayana 191, Cənubi Koreya 180, Syerra-Leone 188, Sloveniya isə 153 səslə üstün olub.

Yeni üzvlər 2024-cü il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvləri kimi fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası səsvermə yolu ilə seçilən 10 qeyri-daimi və beş daimi üzvdən (Çin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransa) ibarətdir.

Cebhe.info