Britaniya Çaqos adalarını geri verdi

Britaniya Çaqos adalarını geri verdi

Böyük Britaniya Çaqos adalarına nəzarəti Mavrikiyaya verib.

Bunu Baş nazir Kir Starmer açıqlayıb.

Birləşmiş Krallıq adalara nəzarəti versə də, strateji əhəmiyyətli Dieqo Qarsiya hərbi bazasının 99 illik icarə ilə nəzarət altında qalacağını açıqlayıb.

Starmer, bu addımın ölkənin son Afrika koloniyası kimi bilinən etik problemi həll etdiyini söyləyib.

Qeyd edək ki, 1814-cü ildən Britaniyanın nəzarətində olan Çaqos adaları müstəqillik qazanmazdan əvvəl 1965-ci ildə Mavrikidən ayrılaraq “Britaniya Hind Okeanı Ərazisi” olaraq bilinirdi.

"Cebheinfo.az"