Emin Əmrullayev İSESKO-nun baş direktoru ilə görüşdü

Emin Əmrullayev İSESKO-nun baş direktoru ilə görüşdü

21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin əməkdaşlıq görüşləri davam edir.

"Cebheinfo.az" xəbər verir ki, nümayəndə heyəti İSESKO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malik və Təhsil sektorunun rəhbəri Haddy Jatou Sey ilə görüşüb.

Görüşdə elm və təhsil sahələrində mövcud əməkdaşlıq məsələləri müzakirə olunub, bu istiqamətlərdə birgə təşəbbüslərin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.


"Cebheinfo.az"