“Barselona”da növbəti müqavilə

“Barselona”da növbəti müqavilə

“Barselona” futbolçusu Rafinya ilə müqavilə müddətini uzadıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Braziliyalı vinger Kataloniya klubunun prezidenti Joan Laporta, vitse-prezident Rafa Yuste və klubun idman direktoru Deko, eləcə də digər şəxslərin iştirakı ilə klubun ofisində yeni müqaviləsini imzalayıb. Yeni sözləşmə 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Rafinya bu mövsüm “Barselona”nın heyətində 56 matça çıxaraq 34 qol vurub və 25 qolun ötürməsini edib. 1

"Cebheinfo.az"