Əcnəbilər üçün saxta nikah təşkil edən azərbaycanlılar saxlanıldı

Əcnəbilər üçün saxta nikah təşkil edən azərbaycanlılar saxlanıldı

Ukraynada maddi ehtiyacı olan qadınlarla pul müqabilində saxta nikahlar təşkil edən və əcnəbilərin sərhədi qanunsuz keçməsini leqallaşdıran iki Azərbaycan, iki Özbəkistan vətəndaşı saxlanılıb.

Bu haqda Kiyevin Desnyanski Rayon Prokurorluğu məlumat yayıb.

Müəyyən edilib ki, şəbəkənin təşkilatçısı azərbaycanlılardan biri olub.

O, bu yolla yaşayış icazəsi əldə etmək istəyən əcnəbilərdən “xidmət haqqı” kimi 3 min ABŞ dollarınadək vəsait alırmış. Qanunsuz nikaha razılıq verən qadınların isə hər birinə 10 min qrivna pul ödənilirmiş.

Şəbəkə üzvlərinə Ukrayna Cinayət Məcəlləsinin 27.5 və 332.3-cü bəndləri ilə ittiham irəli sürülüb. Onlar dövlət sərhədini qanunsuz keçməyə təşkilatçılıq etməkdə şübhəli bilinir.

"Cebheinfo.az"