Almaniya NATO-nun şərq cinahını gücləndirir

Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts deyib ki, Bundesverin 45-ci tank briqadasının Litva ərazisində yerləşdirilməsi NATO-nun şərq cinahını gücləndirmək məqsədi daşıyır.
Bu barədə Litvanın LRT milli radiosu məlumat yayıb.
Onun sözlərinə görə, Litvanın təhlükəsizliyi Almaniyanın təhlükəsizliyinə çevrilib.
“Rekord müddətdə yerləşdirilən bölmə NATO-nun şərq cinahını son dərəcə gərgin təhlükəsizlik vəziyyəti fonunda gücləndirmək üçün nəzərdə tutulub”.
Məlumata görə, yeni hərbi hissənin fəaliyyətə başlaması ilə bağlı tədbir Vilnüs Katedral meydanında baş tutub.
Görüşdə Merts və Litva Prezidenti Gitanas Nauseda ilə yanaşı, Almaniyanın müdafiə naziri Boris Pistorius və onun litvalı həmkarı Dovile Şakalene də iştirak ediblər.
Meydanda Almaniya, Litva və NATO-nun çoxmillətli döyüş qrupunun minə yaxın əsgəri düzülüb.
"Cebheinfo.az"