“Bu, əsl müsəlmanın cavabıdır”: Putinin gündəm olan sualı - VİDEO

“Bu, əsl müsəlmanın cavabıdır”: Putinin gündəm olan sualı - VİDEO

Bir neçə gün əvvəl Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Malayziyanın Baş naziri Ənvər İbrahim arasında görüş keçirilib. Görüşdən sonra tərəflər mətbuata birgə açıqlamalar verərkən Putin Malayziya lideri ilə Kremli gəzərkən aralarında baş tutan maraqlı dialoqdan bəhs edib. 

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Rusiya liderinin Ə.İbrahimlə bağlı danışdığı hadisə ölkə mediasında, eləcə də sosial şəbəkələrdə maraqla qarşılanıb. 

Belə ki, Putinin sözlərinə görə, Kremldə ekskursiya zamanı Malayziya liderinə Andreyevskiy zalı barədə məlumat verib və ona maraqlı bir sual ünvanlayıb:

“Baş nazirə zal barədə danışırdım. Orada üç taxt var. Biri çar, biri isə onun həyat yoldaşı üçündür. Ondan “Nə düşünürsünüz, üçüncü taxt kimin üçün nəzərdə tutulub?” soruşdum. Baş nazir isə çox düşünmədən “İkinci həyat yoldaşı üçün” cavabını verdi”.

Rusiya lideri Ənvər İbrahimin bu hekayəni danışdığına görə ondan inciməyəcəyinə ümid etdiyini vurğulayıb və “Bu, əsl müsəlmanın cavabıdır” deyib. 

Malayziyanın Baş naziri isə cavabında təbəssümlə yalnız bir həyat yoldaşının olduğunu qeyd edib. 

Eyni zamanda, Putin haqqında bəhs edilən üçüncü taxtın çarın anası üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb. 

Həmin görüntüləri təqdim edirik:

"Cebheinfo.az"