Bu ölkədə 3 günlük matəm elan olundu

Bu ölkədə 3 günlük matəm elan olundu

Venesuelada katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransiskin vəfatı ilə əlaqədar üç günlük rəsmi matəm elan edilib.

"Cebheinfo.az" xəbər verir ki, dövlət televiziyasında yer alan xəbərə görə, Roma Papası Fransiskin vəfatından sonra Venesuela Prezidenti Nikolas Maduro tərəfindən imzalanan 5121 saylı Prezident fərmanı ilə matəm rəsmi olaraq qüvvəyə minib.

Bu müddət ərzində bütün dövlət qurumlarında, mülki və hərbi təyinatlı binalarda bayraqlar yarıya endiriləcək.

Bundan əlavə, ölkədə heç bir ictimai festival və ya şənlik keçiriliməyəcək.

Venesuelanın vitse-prezidenti Delsi Rodriges açıqlamasında "Roma Papası Fransisk ölkəmizdə sülh və birlik üçün səy göstərib.

Xalqımız onun təlimlərinə həmişə minnətdar qalacaq" deyib.

Argentina və Braziliyada da Fransiskin ölümü ilə əlaqədar 7 günlük rəsmi matəm elan edilib.

Nigar Hacılı 
"Cebheinfo.az"