Bu ölkədə temperatur rekordu qırıldı

Noyabrın 19-da Braziliyada qeydə alınan 44,8 dərəcə selsi bu ölkədə indiyə qədər qeydə alınan ən yüksək temperatur olub.
Cebhe.info Braziliya Milli Meteorologiya İnstitutuna (INMET) istinadən xəbər verir ki, noyabrın 19-da ölkənin cənub-şərqindəki Minas Gerais əyalətinin Araçuai bölgəsində temperatur rekordu qırılıb.
Araçuai bölgəsində ölçülən 44,8 dərəcə selsi, 2005-ci ildə bildirilən 44,7 dərəcə selsi rekordunu ötərək, ölkədə indiyə qədər qeydə alınan ən yüksək temperatur olub.
Mütəxəssislər hava şəraitinin mövsümi normalardan yüksək olmasını "El Nino"nun təsiri və iqlim dəyişikliyi ilə əlaqələndirirlər.
Nigar Hacılı
Cebhe.info