Bu ölkənin əhalisi sürətlə azalır

Bu ölkənin əhalisi sürətlə azalır

Bolqarıstanda Milli Sosial Təminat Qurumunun (NOI) və Milli Statistika İnstitutunun (NSI) məlumatları əhalinin qocaldığını və azaldığını ortaya qoyub.

Cebhe.info xəbər verir ki, son siyahıyaalmanın keçirildiyi 2021-ci ildə əhalinin 6 milyon 520 min nəfər olduğu, bu il təqaüdçülərin sayının 12 min 300 artaraq 2024-cü ildə 2 milyon 39 nəfərə çatacağı bildirilib.

COVID-19 faktorunun təsirinə də toxunulan açıqlamada əhalinin 2022-ci ilin sonuna kimi 6 milyon 447 min nəfərə qədər azaldığı xatırladılıb.

NSİ-nin verdiyi açıqlamada demoqrafik problemlərin davam etdiyi və əhalinin 2075-ci ildə 4,9 milyona enməsinin gözlənildiyi, 65 yaşdan yuxarı vətəndaşların əhalinin yüzdə 25,5 faizini təşkil edəcəyi vurğulanıb.

Nigar Hacılı
Cebhe.info