Bu şirkətlərin işçilərinin tətilləri davam edir

Bu şirkətlərin işçilərinin tətilləri davam edir

ABŞ-ın iki böyük avtomobil istehsalçısı "Ford" və "General Motors" şirkətlərinin daha 7 min işçisi tətil çıxıb.

Cebhe.info xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Birləşmiş Avtomobil İşçiləri (UAW) həmkarlar ittifaqının prezidenti Şon Fain açıqlamasında bildirib:

"Danışıqlara hazır olmağımıza baxmayaraq, "Ford" və "General Motors" şirkətlərinin rəhbərləri bundan imtina etdilər".

Bu səbəbdən avtomobil işçilərinin davam edən tətilinin "Ford"un Şikaqodakı və "General Motors"un Miçiqandakı montaj obyektlərini də əhatə edəcək şəkildə genişlənəcəyini ifadə edən Fain, tətilin əlavə 7 min adamı da əhatə edəcəyini bildirib.

Şon Fain tətil edən işçilərin ümumi sayının bununla da 25 minə yüksələcəyini ifadə edərək, Stellantisin avtomobil işçiləri ilə müqaviləsində təkmilləşdirmələr apardığını, ona görə də bu şirkətdə yeni tətil olmayacağını qeyd edib.

Xatırladaq ki, 3 böyük avtomobil istehsalçısını hədəf alan “Stand Up” adlı avtomobil işçilərinin tətili sentyabrın 15-də başlayıb və birliyin 88 illik tarixində ilk dəfə olaraq 3 avtomobil zavodunun işçiləri birlikdə tətilə çıxıblar.

Nigar Hacılı
Cebhe.info