Daha bir adada fövqəladə vəziyyət elan edildi

Egey dənizində son həftələrdə intensivləşən seysmik aktivliyə görə Yunanıstanın Niyoz adasında fövqəladə vəziyyət elan edildiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, Niyoz adası Yunanıstan Mülki Müdafiə Baş katibi Vasilis Papayeorgiunun qərarı ilə fövqəladə vəziyyət elan edilən adalara qoşulub.
Adada fövqəladə vəziyyət martın 14-dək davam edəcək.
Xatırladaq ki, Yamurgi və Anafiya adalarında bu həftə, Santorini adasında isə ötən həftə fövqəladə vəziyyət elan edilib.
Egey dənizində son həftələrdə güclənən seysmik aktivliyə görə Santorini, Yamurgi, Niyoz və Anafiya adalarında fevralın 17-dək təhsil dayandırılıb.
Nigar Hacılı
"Cebheinfo.az"