Dünyanın ən bahalı şəhərləri

Dünyanın ən bahalı şəhərləri

Sinqapur və Sürix bu il dünyanın ən bahalı şəhərləri elan olunub.

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə "Economist Intelligence Unit" (EIU) öz hesabatında məlumat yayıb.

Cenevrə, Nyu-York və Honq Konq isə ikinci yerdə qərarlaşıb. Orta hesabla, 200-dən çox tez-tez istifadə olunan mal və xidmətlər üçün yerli valyutada illik qiymətlər 7.4% artıb ki, bu da keçənilki rekord olan 8.1% artımdan sonra göstəricinin qismən gerilədiyindən xəbər verir. 

Hesabatda deyilir ki, bununla belə, hələ də müvafiq göstərici 2017-2021-ci illərdəki tendensiyadan əhəmiyyətli dərəcədə yüksəkdir. Sinqapur bir neçə kateqoriya üzrə yüksək qiymət səviyyəsinə görə son 11 ildə 9-cu dəfə reytinqin zirvəsində yerini bərpa edib. Burada avtomobil nömrələrinə ciddi hökumət nəzarəti sayəsində dünyanın ən yüksək nəqliyyat qiymətləri var. Sinqapur həmçinin geyim, ərzaq və spirt üçün ən bahalı yerlərdən biridir.

Sürixin yüksəlişi İsveçrə frankının gücünü və ərzaq məhsulları, məişət əşyaları və istirahət üçün yüksək qiymətləri əks etdirib. Cenevrə və Nyu-York, Honq-Konq və Los-Anceles siyahıdakı növbəti şəhərlərdir. Çin şəhərləri siyahıda 4 şəhərlə - Nankinq, Vuxi, Dalian və Pekinlə, Yaponiya isə Osaka və Tokio ilə bu il reytinqdə ən çox aşağı enənlər arasında yer alıb.

Cebhe.info