Əli Babacan seçkilərdən danışdı

Əli Babacan seçkilərdən danışdı

DEVA Partiyası yerli seçkilərə ittifaqsız girməyə qərar verib.

Partiyanın sədr Əli Babacan bütün vilayət və qəsəbələrdə öz namizədləri ilə seçicilərin qarşısına çıxacaqlarını bildirib.

Cebhe.info xəbər verir ki, DEVA Partiyasının sədri Əli Babacan partiyasının Nizamnamə Qurultayında mühüm açıqlamalar verib.

2024-cü ildə keçiriləcək yerli seçkilərdə digər partiyalarla ittifaq barədə danışan Babacan “DEVA Partiyası qarşıdan gələn yerli seçkilərdə bütün ölkədə öz adı, öz emblemi və öz namizədləri ilə seçkilərə girməyə qərar verdi. Qərarımız ölkəmiz və partiyamız üçün xeyirli olsun” deyib.

Prezident seçkilərində Millət İttifaqında olan Babacan seçki məğlubiyyətindən də danışıb.

DEVA Partiyasının lideri deyib ki, "Heç kim bu nəticədə mühüm amildən danışmır, amma sizə deyim. Uğursuz müzakirələr, tək ambisiyalar və mənasız döyüşlər səbəbindən vətəndaşlarımız Millət İttifaqının bu ölkəni harmonik şəkildə idarə edə biləcəyinə əmin deyildi.

Bizim vətəndaşlar köhnə vərdişlərinə dönüb və hər fürsətdə seçiciləri aşağılayanlara, "mühafizəkarlardan demokrat olmaz" deyib böyük bir kütləni haqsız yerə damğalayanlara etibar etmədi".

Nigar
Cebhe.info