Ərdoğan yenidən Macarıstana gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ilin dekabr ayında Macarıstana səfər edəcək.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
O, il ərzində ikinci dəfə Budapeştə gedəcək. Dekabrın 18-də baş tutacaq səfəri zamanı Ərdoğan Macarıstan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.
O, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 100-cü ildönümünü qeyd edəcək.
Cebhe.info