Ərdoğanın Makrona verdiyi sual gündəm oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makron ilə görüşüb.
“Cebhe.info” xəbər verir ki, tərəflər Dubayda keçirilən Dünya İqlim Fəaliyyəti Sammiti çərçivəsində ayaqüstü söhbət ediblər.
Türkiyənin dövlət başçısı Makrondan əhvalını soruşub:
“Əhvalınız necədir? Enerjiniz yerinədir?”.
Fransa Prezidenti isə cavabında Qəzza ilə bağlı narahatlığını dilə gətirib:
“Yerindədir, amma Qəzzadakı vəziyyətə görə narahatam. Məncə, humanitar yardımla bağlı hərəkətə keçə bilərik”.
Ərdoğan da birgə hərəkət edə biləcəklərini söyləyib:
“Türkiyə ilə Fransa bir çox məsələdə çalışa bilər”.
Söhbətin sonunda isə Türkiyə və Fransa prezidentləri qucaqlaşıblar.
Elmir Mustafa
“Cebhe.info”