Ermənilər Türkiyə və Azərbaycan diplomatlarına hücum etdilər

Ermənilər Türkiyə və Azərbaycan diplomatlarına hücum etdilər

ABŞ-da 10 radikal erməni Türkiyənin Vaşinqtondakı səfiri Murat Mercana və proqramda çıxış etmək üçün Los-Ancelesə gələn səfirlik əməkdaşlarına hücum edib.

Cebhe.info xəbər verir ki, erməni təxribatçıları Murat Mercanın Los-Anceles şəhərində Cənubi Kaliforniya universitetinin kampusunda məruzəçi kimi iştirak etdiyi proqrama mane olmağa çalışıblar.

Hadisələrin qısa müddətdə qızışmasından sonra bəzi təxribatçıların səfirlik əməkdaşlarına hücum ediblər. Hücum edənlərin qarşısı polis tərəfindən alınaraq nəzarətə alınsa da, qarşıdurma baş verib.

“Sheindlin” Forumunda keçirilən və “USC Annenberg” İctimai Diplomatiya Magistr Proqramının Direktoru Dr. Robert Banksın moderatorluq etdiyi “Türkiyə Xarici Siyasətində Xalq Diplomatiyasının Rolu” adlı konfransda səfiri Hasan Murat Mercan, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Ramil Qurbanov, YEE prezidenti Prof. Dr. Şeref Ateş, “Wilson Center” Yaxın Şərq Proqramının rəhbəri səfir Ceyms Jefri, YEE-nin ABŞ direktoru Gökhan Coşkun və başqa natiqlər qatılıblar.

Tədbirin əvvəlində Azərbaycanı, Türkiyəni və təşkilatçıları təhqir edən etirazçı polis tərəfindən zaldan çıxarılıb.

Tədbirin açılış nitqlərindən sonra Türkiyənin Vaşinqtondakı səfiri Mercan çıxış etmək üçün kürsüyə çıxarkən 11 nəfərlik bir qrup tələbə etiraz etməyə başlayıb.

Digər tərəfdən, etirazçılar Azərbaycanın Los-Ancelesdəki baş konsulu Ramil Qurbanovu hədəfə alıb. Türkiyə və Azərbaycanı ittiham edən qrupun 10 dəqiqəlik etirazı kampusun təhlükəsizlik və polis əməkdaşlarının müdaxiləsi ilə yekunlaşıb və onlar zaldan çıxarılıb.

Konfrans zamanı çöldə toplaşan etirazçılar qrupu hay-küy salaraq proqramın normal gedişinə təsir göstərməyə çalışıb.

Konfrans başa çatdıqdan sonra YEE prezidenti Ateş, Türkiyənin Los-Anceles Dini Xidmətlər Attaşesi İsmayıl Demirezen və “O3 Media” Meneceri Saner Ayar çöldəki nümayişçilər tərəfindən şifahi və fiziki hücuma məruz qalıblar.

Müşfiq Abdulla
Cebhe.info