Ermənistanda silah gəzdirmək sərbəst olacaq

“Ermənistanda vətəndaşların silahdan istifadə etməklə özünümüdafiə hüququ məsələsini qanunvericilik səviyyəsində tənzimləmək lazımdır”.
“Cebhe.info” xəbər verir ki, bunu qanunvericilik təşəbbüsünün müəllifi, hakim partiyanın deputatı Vilen Qabrielyan deyib.
O, parlamentdə müdafiə və təhlükəsizlik daimi Komissiyasının iclasında “Müdafiə və təhlükəsizlik məsələləri üzrə qanun layihələri zərfinin tənzimləməsi haqqında” Qanuna əlavə və dəyişikliklərlə bağlı layihələrinin müzakirəsi zamanı bu barədə danışıb.
Deputatın sözlərinə görə, təqdim olunan paket əsas qoruyucu funksiyası ilə yanaşı, atıcılıq idmanının inkişaf etdirilməsi məqsədini də güdür:
“Dəyişikliklər bu sahədə mümkün korrupsiya təzahürlərinin aradan qaldırılmasına, qanunsuz silahların sayının azaldılmasına və onların tədricən qeyri-qanuni dövriyyədən çıxarılmasına yönəlib. Xüsusən də ölkə vətəndaşları bir sıra tələblərə, o cümlədən əqli stabillik, müvafiq lisenziyanın olması və s. yerinə yetirildikdə odlu silah gəzdirmək hüququ əldə edəcəklər”.
Bir sıra müzakirələrdən sonra qanunvericilik təşəbbüsü daimi parlament komissiyasından müsbət rəy alıb.
Xəzər
“Cebhe.info”