Ermənistandan Azərbaycana yeni sülh təklifi

Ermənistandan Azərbaycana yeni sülh təklifi

Baş nazir Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinə nail olmaq üçün diplomatik səylərin gücləndirilməsi barədə açıq bəyanatından sonra Ermənistan tərəfi sazişin altıncı təklifini Azərbaycan tərəfinə təqdim edib.

Cebhe.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədin imzalanmasına və bağlanmasına sadiq qalır” - açıqlamada belə deyilir.

Xatırladaq ki, Nikol Paşinyan ATƏT Parlament Assambleyasının payız sessiyasının açılış mərasimində Ermənistanın sülh gündəliyinə və sülh prosesinə sadiq olduğunu bəyan edib.

“Mən Azərbaycanla sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün öz tərəfimizdən diplomatik səyləri gücləndirmək niyyətindəyəm”, - deyə Paşinyan qeyd edib. 

Müşfiq Abdulla
Cebhe.info