Ermənistanın ilk yerli peyki kosmosa buraxıldı

Ermənistanın ilk yerli peyki kosmosa buraxıldı

“SpaceX” şirkəti Cənubi Koreyanın ilk hərbi  kəşfiyyat peyki olan "425 Project EO/IR" də daxil olmaqla, 25 peyk daşıyan “Falcon 9” raketini orbitə çıxarıb.

Cebhe.info xəbər verir ki, raket Kaliforniya ştatının Vandenberg Kosmik Qüvvələri bazasından havaya qalxıb.

Raketin digər peykləri arasında İrlandiyanın "EIRSAT-1" və Ermənistanın "Hayasat-1" peyki var.

Cənubi Koreya Şimali Koreyanı izləmək üçün 2025-ci ilin sonuna kimi orbitə beş kəşfiyyat peyki yerləşdirməyi planlaşdırır.

Xatırladaq ki, Pxenyan noyabrın 21-də ilk kəşfiyyat peykini orbitə çıxarıb. 

Şimali Koreya mediası bildirib ki, peyk Cənubi Koreyada, ABŞ bazalarının yerləşdiyi Quam adasında və Havayda iri hərbi obyektlərin görüntülərini çəkib.

Nigar Hacılı 
Cebhe.info