Əskişəhərdə quş qripi həyəcanı: 5 məhəllə karantinə alındı
Əskişəhərin Sivrihisar qəsəbəsində toyuq fermasında quş qripi aşkar edildikdən sonra buradakı 5 məhəllə karantinə alınıb.
"Cebheinfo.az" xəbər verir ki, Kənd təsərrüfatı və vilayıt müdirliyi qrupları, qəsəbədə bir toyuq fermasında meydana gələn ölümlərin ardından araşdırma başladıb.
Araşdırmalar zamanı daha əvvəl quş qripinə yoluxma faktı qeydə alınan Konyanın Çeltik qəsəbəsindən fermaya toyuqların gətirildiyi müəyyən edilib.
Bundan əlavə, tələf olan toyuqlarda quş qripi aşkarlanıb.
Qruplar fermanın yerləşdiyi 5 məhəlləni karantinə aldılar.
Digər tərəfdən, sözügedən məhəllələrdəki ev quşlarının kəsiləcəyi və kəsilmə qarşılığında sahiblərinə pul ödəniləcəyi öyrənilib.
Nigar
"Cebheinfo.az"