Filippində təyyarə qəzası: 4 ölü

Filippində təyyarə qəzası: 4 ölü

Filipinlərdə təyyarə qəzası baş verib, nəticədə dörd nəfər həlak olub.

"Cəbhəinfo.az" xəbər verir ki, bu barədə Filippin Xəbər Agentliyi (PNA) məlumat yayıb.

Filippinin cənubunda qəzaya uğrayan şəxsi “Beech King Air 350” təyyarəsi yaşayış məntəqələrindən uzaq məsafədə yerə düşüb.

Hadisə yerinə ilk olaraq yaxınlıqda yerləşən kəndlərin sakinləri gəlib. Onlar təyyarənin qalıqları altından həlak olanların cəsədlərini çıxarıblar.

Filipinlərin aviasiya qurumları hadisənin araşdırılmasına başlayıb.

Səbinə Uğur
"Cebheinfo.az"