Fransa hərbi əməliyyatları dayandırmaq üçün təklif göndərib

Fransa hərbi əməliyyatları dayandırmaq üçün təklif göndərib

Rəsmi Paris Beyruta İsraillə münaqişələrə son qoymaq üçün yazılı təklif göndərib.

"Cebhe.info" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

 Fransanın təşəbbüsü xüsusi olaraq Hizbullahın silahlı qanadının döyüşçülərini sərhəddən on kilometr geri çəkməyə çağırır.

 Planın məqsədi “nəzarətdən çıxmaq riski” olan münaqişənin qarşısını almaq və “mümkün atəşkəs”i həyata keçirməkdir.  Plan son nəticədə iki ölkə arasında quru sərhədini müəyyən etmək üçün İsrail-Livan danışıqlarını nəzərdə tutur.

Xəbər agentliyi qeyd edib ki, Cənubi Livanda hərbi fəaliyyətlər İsrailin Qəzza zolağındakı əməliyyatı ilə paralel olaraq davam edir ki, bu da Yaxın Şərqdə hərtərəfli münaqişə narahatlığını artırır.

Nigar Hacılı 
"Cebhe.info"