Fransa səfiri ölkədən getdi

Fransa səfiri ölkədən getdi

Fransanın Nigerdəki səfiri Silvain İtte ölkəni tərk edib.

Cebhe.info xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron onun ölkəni tərk edəcəyini açıqlayıb.

Nigerdə iyulun 26-da baş verən hərbi çevrilişdən sonra avqustun 25-də səfirə ölkəni tərk etmək üçün 48 saat vaxt verilib. Bununla belə ölkəni tərk etməyən Fransanın Niamey səfiri Silvain İttenin toxunulmazlığı ləğv edilib və polisə onun deportasiya edilməsi barədə göstəriş verilib.

Səfirin səhər saatlarında Nigeri tərk etdiyi qeyd edilib.

Günay Şahmar
Cebhe.info