Fransada yeni baş nazir postuna namizədlər açıqlandı

Fransada yeni baş nazir postuna namizədlər açıqlandı

Fransada yeni baş nazir postuna namizədlərin adları məlum olub.

"Cebheinfo.az" Modern.az-a istinadən  xəbər verir ki, bunlar müdafiə naziri Sebastien Lecornu, Pau icmasının rəhbəri Fransua Bairou, Troyes icmasının rəhbəri Fransua Barouindir.

Məlumatı “Le Parisien” nəşri yayıb. Yeni baş nazir bu gün, dekabrın 5-də təyin oluna bilər.

Xatırladaq ki, dünən Fransa parlamenti artıq keçmiş baş nazir Mişel Barnyenin kabinetinə etimadsızlıq səsverməsi keçirib. Parlament 1962-ci ildən bəri ilk dəfə baş naziri istefaya göndərib.

"Cebheinfo.az"