Güneyli fəallar işkəncələrə məruz qalıb

Güneyli fəallar işkəncələrə məruz qalıb

İran təhlükəsizlik qüvvələrinin milli fəallara qarşı təzyiqlər davam edir.

Cebhe.info "Azad İran" - a istinadən xəbər verir ki,Güney Azərbaycan Milli Hərəkatının həbsdə olan fəalları Cavad Sudbər və Əli Babayidə qarşı psixoloji təzyiqlər artıb.

Onlar televiziya kamerası qarşısında törətmədiyi cinayəti etiraf etməyə məcbur edilir. 

Güneyli fəallar azadlığa buraxılmaları qarşılığında onlardan kəşfiyyat orqanları ilə əməkdaşlıq etmələri tələb olunur.

Ölkənin təhlükəsizlik orqanı - ETTELAAT qüvvələrinin qeyri-etik və qanunsuz tələbi azərbaycanlı fəalların kəskin müqaviməti və etirazı ilə üzləşib və onlar bu çirkin və qeyri-insani hərəkətə kəskin mənfi reaksiya veriblər. 

Onları bu qeyri-qanuni tələbə təslim etmək üçün, təhlükəsizlik idarəsi Əli Babayinin sağlıq vəziyyəti ilə bağlı heç bir məlumat verilməyəcəyini və hələlik onun öz ailəsi və yaxınları ilə telefonla əlaqəsinin qadağan edildiyini açıqlayıb. 

Qeyd edək ki, Əli Babayi 60 günə yaxındır ki, ailəsi və yaxınlarına zəng etmək hüququndan məhrum edilib.

Yunis Abdullayev 
Cebhe.info