Hakan Fidan xəbərdarlıq etdi: “İran da müharibəyə qoşula bilər”
“Biz görürük ki, savaş Livan ərazisinə keçməyə doğru gedir. Daha böyük bir müharibənin başlanma riski var.
İran da Yaxın Şərqdəki müharibəyə qoşula bilər”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu”nun efirində deyib.
O bildirib ki, İranın müharibəyə qoşulması istisna deyil:
“Biz görürük ki, savaş Livan ərazisinə keçməyə doğru gedir. Daha böyük bir müharibənin başlanma riski var. Təəssüf ki, ABŞ nə isə edə bilmir”.
Nazirin sözlərinə görə, Yaxın Şərqdəki müharibənin dayandırılması üçün siyasi iradəyə ehtiyac var: “Biz indi belə bir siyasi iradə görə bilmirik”.
Xəzər
“Cebhenfo.az”