Hindistanın kosmik stansiyası günəş küləyinin tədqiqinə başlayıb

Hindistanın kosmik stansiyası günəş küləyinin tədqiqinə başlayıb

Hindistanın “Aditya-L1” tədqiqat kosmik stansiyası günəş küləyinin tədqiqinə başlayıb.

Bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (Indian Space Research Organisation - ISRO) məlumat yayıb.

Stansiya Günəşin müxtəlif parametrlərini öyrənmək üçün yeddi tədqiqat sistemi ilə təchiz olunub.

Aparatın missiyası Günəşdən gələn hissəciklərin axınını öyrənmək, maqnit sahəsini ölçmək, Günəş tacını və tac kütləsinin atılma dinamikasını öyrənmək və digər tədqiqatlardan ibarətdir.

Cebhe..info