İlon Mask məhkəməyə verildi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya əyalətində yaşayan Ben Brodi adlı şəxs "Tesla" və "SpaceX"-in baş direktoru İlon Maskı məhkəməyə verib.
Cebhe.info bu barədə xarici mediaya istinadən xəbər verir.
Məhkəməyə müraciət edən 22 yaşlı Ben Brodi "X" platformasında yayımlanan bir videodakı yazıda səhvən “Proud Boys” qrupunun üzvü olduğu qeyd edilib.
Maskın bu paylaşıma münasibət bildirməsindən sonra yazının sürətlə yayıldığını bildirən Brodi, hadisə ilə heç bir əlaqəsi olmadığı halda Maskın şərhinə görə sosial mediada təhdid və təzyiqlərə məruz qaldığını qeyd edib.
Brodi böhtana görə məhkəməyə verdiyi Maskdan ən azı 1 milyon dollar təzminat tələb edir.
Nigar Hacılı
Cebhe.info