İmamoğlu ilə görüşən 2 nəfər: KİMDİR?

Ötən gecə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun məhkəməsi keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl də məhkəməyə gedərək İmamoğluna dəstək olub. Özəl İmamoğlu ilə görüşmək üçün müraciət edib. Onun bu istəyi qəbul olunub. Məhkəmənin ardından Əkrəm İmamoğlu əvvəlcə həyat yoldaşı Dilek İmamoğlu, sonra isə Özgür Özəl ilə görüşüb.
Qeyd edək ki, İmamoğlu ilə bağlı məhkəmənin qərarı hələ açıqlanmayıb.
Elmir Mustafa
"Cebheinfo.az"