İsrail ordusudan iranlılara görünməmiş XƏBƏRDARLIQ

İsrail ordusudan iranlılara görünməmiş XƏBƏRDARLIQ

İsrail Müdafiə Qüvvələri (IDF) iranlı mülki şəxslər üçün görünməmiş təxliyə xəbərdarlığı edib.

“Cebheinfo.az" xəbər verir ki, bu barədə sosial media hesabında yazılıb. 

“Hazırda hərbi silah istehsal edən obyektlərdə və ya dəstək obyektlərində olması gözlənilən  bütün şəxslər bu əraziləri dərhal tərk etməli və növbəti xəbərdarlığa qədər geri qayıtmamalıdırlar”, - deyə IDF sözçüsü Aviçay Adrai sosial media X hesabında fars dilində yazıb.

“Bu obyektlərin yaxınlığında qalmaq həyatınızı riskə atır”, -deyə o əlavə edib.

Xəzər
“Cebheinfo.az”