Türkiyə MN: Türkiyə və Azərbaycan türk dünyasının iki sarsılmaz dövlətidir

Türkiyə və Azərbaycan türk dünyasının iki sarsılmaz dövlətidir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin 15 İyun- Milli Qurtuluş Günü ilə bağlı "X" hesabında Azərbaycana təbrik paylaşımında qeyd olunub.
"Bir dəfə yüksələn bayraq, bir daha enməz. Tarix, dil, millətçilik şüuru ilə birləşən böyük türk dünyasının iki sarsılmaz dövləti: Türkiyə və Azərbaycan! “Bir Millət, İki Dövlət” anlayışı ilə hər zaman çiyin-çiyinə dayandığımız qardaş Azərbaycanın Milli Qurtuluş Gününü qeyd edirik, Azərbaycan xalqını sevgi və qürurla salamlayırıq", - paylaşımda bildirilib.
"Cebheinfo.az"