"Liverpul" İngiltərə klubunun futbolçusu ilə maraqlanır

"Liverpul" İngiltərə klubunun futbolçusu ilə maraqlanır

İngiltərənin "Liverpul" klubu "Nyukasl"ın futbolçusu Entoni Qordonla maraqlanır.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 24 yaşlı vinger üçün 100 milyon funt-sterlinq ödəməyə hazırdır.

Fransa təmsilçisi PSJ Bredli Barkolanı satmaqdan imtina etdiyi üçün "qırmızılar" Qordona yönəlib.

Qeyd edək ki, Entoni Qordon 2024/2025 mövsümündə İngiltərə klubunda 42 matçda iştirak edib, 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

"Cebheinfo.az"