Tehranda bir-birinin ardınca PARTLAYIŞLAR

Tehranda bir-birinin ardınca partlayışlar baş verib.
“Cebheinfo.az” bu barədə “Əl-Cəzirə”-yə istinadən xəbər verir.
Qətər mediasının qeyd etdiyi kimi, İsrail İran paytaxtına hücumlarını artırıb.
Məlumata görə, partlayışlar Tehranın şimalındakı Niavaranda və şəhərin mərkəzindəki Vəliəsr və Hafte Tir meydanları ətrafında baş verib.
“Mehr”-in məlumatına görə, bazar günü səhər İsfahandakı Xalçaçılıq Mərkəzi də İsrail tərəfindən hücuma məruz qalıb.
Xəzər
“Cebheinfo.az”