Putin ildə 2 dəfə “texniki baxış”dan keçir

Rusiya Prezidenti Vladimir Putin hər il iki günlük tam müayinədən ("check-up") keçir.
“Cebheinfo.az” bu barədə “RİA Novosti”-yə istinadən xəbər verir.
İyunun 12-də Rusiya lideri Kremldə dövlət mükafatlarını təqdim edib və mərasimdən sonra prezident laureatlardan biri, oftalmoloq-cərrah Georgi Stolyarenko ilə söhbət edib. Həkim deyib ki, ən yaxşı avtomobil belə texniki baxışdan keçməlidir.
"Biz mütəmadi “texniki baxış”dan keçirik. Hər il "check-up"", - deyə Putin cavab verib.
Xəzər
“Cebheinfo.az”