Azərbaycanda 22 yaşlı qadın yoldaşı tərəfindən vəhşicəsinə DÖYÜLDÜ - VİDEO

Astarada qadın əri tərəfindən zorakılığa məruz qalıb.
“Cebheinfo.az” xəbər verir ki, “Unikal”ın məlumatına görə, Astarada 2003-cü il təvəllüdlü Nərmin Ceyhun qızı Cəfərli ağır vəziyyətdə Astara Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan N.Cəfərli vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Qohumlarının verdiyi məlumata görə, Nərmin həyat yoldaşı Mirəhməd Seyidəzim oğlu Ağayev tərəfindən amansızlıqla döyülüb və ölümə təhrik olunub.
Qeyd olunub ki, Nərmin və Mirəhməd 2020-ci ildə ailə həyatı qurublar. Ailə arasında dəfələrlə münaqişə olub və qadın, yoldaşı tərəfindən döyülüb. Ailədə eyni hadisə ötən gün də yaşanıb.
Hazırda N.Cəfərlinin müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
“Cebheinfo.az”