İsrail ordusundan ETİRAF: “Bunu gözləmirdik”

İsrail ordusundan ETİRAF: “Bunu gözləmirdik”

İsrail ordusunun (IDF) son hesablamaları göstərir ki, İran gecə ərzində  ümumilikdə 70 ballistik raket və onlarla pilotsuz təyyarə atıb.

“Cebheinfo.az” bu barədə “Times of Israel”-ə istinadən xəbər verir.

Raketlər 23:00, 2:00 və 2:55-də onlarla pilotsuz uçan aparatın buraxılması ilə eyni vaxtda üç dəfə atılıb.

Bir mərmi Tamra şəhərində yaşayış binasına düşüb, nəticədə 4 mülki şəxs həlak olub. Digəri Bat Yama düşüb, azı 6 mülki şəxs həlak olub və 200-ə yaxın insan yaralanıb, Növbətisi isə Rehovota düşüb, daha 40 nəfər yaralanıb.

İDF qeyd edib ki, İranın hücumları indiyədək “etalon ssenariyə” və ya ordunun İranla müharibədə gözlədiyinə uyğun gəlmir.

IDF ölənlərin sayının daha çox olduğunu və daha böyük zərərin olduğunu təxmin edib. İranın hələ də minlərlə ballistik raketə malik olduğu güman olunur.

Xəzər
“Cebheinfo.az”