Mingəçevirdə minik avtomobili betonqarışdıranla toqquşub

Mingəçevirdə minik avtomobili betonqarışdıranla toqquşub

Mingəçevir şəhərində betonqarışdıran və minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Bu barədə “Report”un Qərb bürosu xəbər verir.

Belə ki, şəhərdə avtomobilin betonqarışdıran maşınla toqquşması nəticəsində bir nəfər ölüb, daha 2 nəfər isə yaralanaraq Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb. Zərərçəkmişlərin kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"