İngiltərədə dəmiryol işçiləri kütləvi tətilə hazırlaşır

İngiltərədə işçilər 4 ilə yaxındır dəmiryolçuların maaşlarının artırılmamasına və özəl dəmiryol daşımaları şirkətlərinin pis iş şəraitinə qarşı tətil etmək qərarına gəliblər.
Cebhe.info xəbər verir ki, Birləşmiş maşinistlər və yanğınsöndürənlər cəmiyyətinin (ASLEF) liderliyi ilə bu gün ölkə daxilində başlayacaq tətil dekabrın 8-dək davam edəcək.
ASLEF-in baş katibi Mik Velan dəmiryol daşımaları şirkətləri və hökumət masaya gələrək ağlabatan təklif təqdim edənə qədər tətilə davam edəcəklərini söyləyib.
O, 2019-cu ildən bəri zam almayan maşinistlər üçün əhəmiyyətli maaş artımı almaqda qərarlı olduqlarını açıqlayıb.
Almaniyada isə minlərlə əczaçı yaşadıqları problemlərə diqqət çəkmək üçün qapılarını bağlayıb.
Almaniya Əczaçılar Birliyinin (ABDA) rəhbərliyi ilə ölkənin şərq əyalətlərində 3 minə yaxın aptekin etirazı dünən də davam edib.
İki günlük bağlanma aksiyası 20 ildir artmayan əczaçıların payına diqqət çəkmək üçün keçirilib.
Nigar Hacılı
Cebhe.info