İran əhalisi yoxsulluq içərisində boğulur: Şok göstərici 

İran əhalisi yoxsulluq içərisində boğulur: Şok göstərici 

İranın bir çox bölgələrində kütləvi yoxsulluq müşahidə edilir.

Cebhe.info “Eco İran” saytına istinadən xəbər verir ki, İranda yoxsulluq göstəricisi son on ildə görünməmiş həddə çatıb. İranın iqtisadiyyat məzmunlu portalı ölkədə son dövrlər yaşanan yoxsulluq göstəricilərini təhlil edib.

Portalın təhlilləri nəticəsində ortalığa çıxıb ki, İranda yoxsulluq göstəricisi 54,8%-ə çatıb. Bu, son on ildə misli görünməmiş göstəricidir.

Qeyd edək ki, İrada yoxsulluq göstəricisi illik və mövsümü işsizlik səviyyəsinə uyğun hesablanıb.

Yunis Abdullayev
Cebhe.info