İran husilərə raket göndərib?

Tehran Yəməndəki husilərə “Qədir” gəmi əleyhinə ballistik raket göndərib.
"Cebhe.info" xəbər verir ki, bu barədə İranın yarı-rəsmi "Tasnim" xəbər agentliyi məlumat yayıb.
İnqilab Keşikçiləri Ordusuna (SEPAH) yaxınlığı ilə tanınan "Tasnim"-in xəbərində "İranın Qədir adlı gəmi əleyhinə ballistik raketi artıq Yəməndə döyüşçülərin istifadəsinə verilib" ifadəsi işlədilib.
Husilərin Qırmızı dənizdə İsrailə aid gəmilərə hücumlarına diqqət çəkən xəbərdə bu ifadələr yer alıb:
"Bir vaxtlar amerikalıları İran sahillərindən uzaqlaşdırmağa müvəffəq olan raket indi ABŞ və onun regiondakı əsas müttəfiqi olan sionist rejimin maraqlarına ciddi şəkildə meydan oxuya biləcək silaha çevrilib”.
Yəməndə husiləri dəstəkləyən İran bu günə qədər bu qruplaşmanı silahlandırdığına dair iddiaları təsdiqləməyib.
Qeyd edək ki, hələlik İrandan məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Nigar Hacılı
"Cebhe.info"