İranda fövqəladə vəziyyət elan edildi: 8 ölü, 750 yaralı, 6 itkin...

İranda fövqəladə vəziyyət elan edildi: 8 ölü, 750 yaralı, 6 itkin...

İranın Bəndər Abbas şəhərində limanda partlayış nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Yaralananların sayı isə 750 nəfərə çatıb. Baş verən partlayışdan sonra 6 nəfərin itkin düşdüyü deyilir.

Bildirilib ki, yanğın hələ də tam söndürülməyib. Liman ərazisində yanğının intensivliyi xeyli artıb.

Eyni zamanda ölkədə fövqəladə vəziyyət elan edilib.

Görüntüləri təqdim edirik:

"Cebheinfo.az"