İrandan partlayışla bağlı AÇIQLAMA

İran Milli Neft Emalı və Paylama Şirkəti Bəndər Abbas şəhərindəki limanda baş verən partlayışın neft obyektləri ilə bağlı olmadığını və işinin fasiləsiz davam etdiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, İran Milli Neft Emalı və Paylama Şirkəti Şəhid Rəcai limanında baş verən partlayışla bağlı açıqlama verib.
Məlumatda partlayışın şirkətin neft emalı zavodları, yanacaq çənləri, paylama mərkəzi və neft boru kəmərləri ilə heç bir əlaqəsinin olmadığı, Bəndər Abbas bölgəsindəki obyektlərin hazırda fasiləsiz olaraq fəaliyyətinin davam etdiyi qeyd edilib.
İranın Fars körfəzi sahillərində Bəndər Abbasda Şəhid Recai limanında səbəbi hələ məlum olmayan şiddətli partlayış baş verib və rəsmi orqanlar 115 nəfərin yaralandığını açıqlayıb.
Bəzi media orqanları partlayışın yanacaq çənindən baş verdiyini iddia edib. Yayımlanan görüntülərdə limandan tüstü qalxdığı və daha sonra şiddətli partlayışın baş verdiyi görünür. Güclü partlayışın ətraf şəhərlərdə hiss olunduğu, bir neçə kilometr uzaqlıqdakı binaların şüşələrinin sındığı bildirilib.
Nigar Hacılı
"Cebheinfo.az"