İrəvan Qazaxla sərhədə xüsusi təyinatlılar göndərdi

İrəvan Qazaxla sərhədə xüsusi təyinatlılar göndərdi

Ermənilər Ermənistan-Gürcüstan dövlətlərarası yolunun Qazaxla sərhəd olan Kirants-Əkipara hissəsini bağlayıb. 

“Cebhe.info”-nun “NEWS.am”-a istinadən məlumatına görə, ərazidə gecə sakit keçib: “Bir gün əvvəl "qırmızı beretlilərin" (xüsusi təyinatlı-red.)  bloklanan əraziyə doğru getdiyi barədə məlumat daxil olub. Səhər saatlarında polis kənd sakinlərini yolu açmağa razı salmağa çalışsa da, danışıqlar nəticəsiz qalıb”.

Aksiyaçılar bildiriblər ki, 4 kəndin təhvil verilməsi ilə Azərbaycan hərbçiləri sözün əsl mənasında erməni kəndlərindən bir neçə metr aralıda, konkret olaraq Kirantsın özündə olacaqlar: “Eyni zamanda, dövlətlərarası yolun hissələri qaz kəməri, strateji yüksəkliklər və kommunikasiya qurğuları Azərbaycanın nəzarətinə keçəcək”. 

Kənd sakinləri bir neçə gün əvvəl yolu bağlayıb, sonra danışıqlardan və bazar ertəsinə kimi heç kimin heç nə etməyəcəyinə dair razılaşmadan sonra yolu açıblar. Lakin bazar günü səhər kənd sakinləri xüsusi təyinatlıların ərazini Aərbaycana təhvil vermək üçün təmizləməyə çalışdığını aşkar ediblər. 

Kənd sakinlərinin sözlərinə görə, indiyədək İrəvandan heç bir hökumət nümayəndəsi gəlib onlarla danışmaq istəyini bildirməyib.

Xəzər 
"Cebhe.info"