İrlandiya iqlim dəyişikliyi ilə əlaqədar hər il 225 milyon avro xərcləyəcək

İrlandiya iqlim dəyişikliyi ilə əlaqədar hər il 225 milyon avro xərcləyəcək

İrlandiya 2025-ci ildən iqlim dəyişikliyinin həlli ilə bağlı hər il 225 milyon avro xərcləyəcəyini bəyan edib.

APA xəbər verir ki, bunu İrlandiyanın Baş naziri Leo Varadkar Dubayda keçirilən İqlim Dəyişikliyi Konfransında çıxışı zamanı deyib.

Leo Varadkar 2025-ci ilə qədər COP 28 çərçivəsində yaradılan yeni fonda 25 milyon avro sərmayə qoyacağını elan edib.

"Bundan sonra da əlavə töhfələr verməyə davam edəcəyik", - Baş nazir vurğulayıb.

O deyib ki, planet iqlim dəyişikliyinin ağır nəticələri ilə üzləşir, lakin həmrəy olaraq və bu istiqamətdə ciddi addımlar atılaraq nəticə nail olmaq mümkündür.

Baş nazir Varadkar ölkəsinin iqlim dəyişikliyi siyasəti barədə də qeyd edib. O deyib ki, hökumət iqlim dəyişikliyi nəticələrinə uyğun olaraq bundan əziyyət çəkən fermerlərə dəstək verir, onların yeni mühitə adaptasiyası üçün yardımlar göstərir.

İrlandiya hökumət başçısı enerji keçidinin də vacibliyini vurğulayaraq deyib ki, enerji keçidi və qalıq yanacaqlardan yaşıl enerjiyə keçid prioritetləşdirilməlidir.

Cebhe.info